Türkiyəli məşqçi Azərbaycan klubuna keçdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəli məşqçi Azərbaycan klubuna keçdi

İdman

31 Yanvar 2024 17:25 1000


“Qəbələ”nin əsas komandasında daha bir təyinat gerçəkləşib. 

Yenisabah.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. Çağlar Volqa “qırmızı-qaralar”ın məşqçisi təyin olunub. 

Türkiyəli çalışdırıcı Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. 46 yaşlı mütəxəssisin son klubu “Samsunspor” olub. O, Türkiyə təmsilçisində fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərib.  pizza mizza

Volqa karyerası ərzində “Marmaris Bələdiyyəsi”, “Göztepe”, “Altınordu”, “Altay”, “Erzincanspor”, “Konyaspor” klublarında köməkçi məşqçi kimi çalışıb. Mütəxəssis “Osmanlıspor”da əvvəl videoanalitik, sonradan köməkçi məşqçi, “Erzurumspor” və “Samsunspor”da fiziki hazırlıq üzrə çalışdırıcı kimi işləyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!