Türkiyəli müğənni Tuğba Ekinci əslən azərbaycanlı olduğunu açıqlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə sənətçi “Elgizlə izlə" verilişində danışıb.
Canlı efirə telefonla bağlantı quran sənətçi ata-babalarının Azərbaycandan olduğunu bildirib: Marqarita pizza
“Siz mənim gəncəli olduğumu bilirsiniz? Ata-babalarım Gəncədəndir. Mən Bakıya tez-tez gəlirəm. Dostlarımı görməyə gəlirəm, heç kimin xəbəri olmur”.
Elgizin “Deyirlər, azərbaycanlı biznesmenlə eşq yaşayırsınız. Bu, doğrudur” sualına Tuğbanın cavabı belə olub: “Kaş, belə olaydı... Bir Azərbaycan oğlu ola bilər. Çünki mən azərbaycanlıyam. Yaxşı yola gedərik”.
Telegram kanalımız