“Erməni xalqına bir sözüm yoxdur, amma başlarındakı adam ruhi xəstədir".
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri müğənni Sərdar Ortqaç müsahibələrinin birində deyib.
O, qeyd edib ki, Ermənistanın Azərbaycanın mülki əhalisini vurması düzgün deyil və lazım gələrsə Azərbaycan üçün döyüşməyə hazırdır: Dominos pizza
“Əsgərin varsa, əsgərinlə döyüşməlisən, mülki şəxslərə raket atmaq olmaz. Mənə Azərbaycanda döyüşməklə bağlı vəzifə verilərsə, əlbəttə ki, edərəm. Ancaq mənə çatana qədər Azərbaycan öz ordusu ilə vətəndaşlarını qoruyur”.
Telegram kanalımız