Türkiyəli nazir Bakıya gəldi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəli nazir Bakıya gəldi

İqtisadiyyat

21 Dekabr 2021 16:23 1093


Dekabrın 21-22-də keçiriləcək Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda iştirak etmək üçün Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Bakıya gəlib.

Yenisabah.az-ın məlumatına görə, bu barədə F. Dönməz "Twitter" hesabında yazıb. 

Qeyd edək ki, forum Azərbaycanın energetika naziri Pərviz Şahbazov və F. Dönməzin həmsədrliyi altında keçiriləcək. Dekabrın 21-də Enerji Forumu çərçivəsində karbohidrogen və neft-kimya, elektrik enerjisi, bərpa olunan enerji və tənzimləmə sahələri üzrə hər iki ölkənin mütəxəssislərindən ibarət işçi qrupların iclaslarının keçirilməsi və türkiyəli nümayəndə heyətinin Səngəçal Terminalına səfəri nəzərdə tutulur. pizza sifarişi

Dekabrın 22-də isə Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçiriləcək. Forum çərçivəsində Azərbaycan və Türkiyə arasında sənədlərin imzalanması nəzərdə tutulur.

Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha çevik və nəticəyönümlü olmasını təmin etmək məqsədilə təsis edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!