Türkiyəli nazir Şuşaya gedəcək

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəli nazir Şuşaya gedəcək

Maraqlı

19 İyul 2022 14:08 811


“Türkiyə və Azərbaycan münasibətlərinin tərifə ehtiyacı yoxdur. Biz “Bir millət - iki dövlət” şüarı ilə hərəkət edən iki ayrı toplumuq. Beləliklə, münasibətlərimizin səmimiyyəti və gücü məsələsində açıqlama verməyə gərək yoxdur”.

Yenisabah.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık bildirib.

“Azərbaycan və Türkiyə bölgədəki əməkdaşlığı ilə həm dünyada, həm də türk dünyasında təhlükəsizlik adası yaradan, dostlarına güvən, düşmənlərinə narahatlıq verən iki ölkə. Biz bundan öncə olduğu kimi, bundan sonra da Azərbaycanla münasibətlərimizi hər sahədə inkişaf etdirib artıracağıq”. Toyuqlu pizza

Türkiyə rəsmisi Şuşanı ziyarət edəcəyini də bildirib:

“Şuşa zəfəri Azərbaycanda necə sevinclə qarşılandısa, Türkiyədə də o cür qarşılanıb. Azərbaycan və türk dünyasının mədəniyyət mərkəzi olan Şuşanı ziyarət edərək həm şəhidlərin əziz xatirəsini anmaq və millətimizlə görüşmək niyyətindəyik”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!