Türkiyəli spiker zəlzələdən zərərçəkənlərə 2 aylıq maaşını bağışladı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəli spiker zəlzələdən zərərçəkənlərə 2 aylıq maaşını bağışladı

Maraqlı

16 Fevral 2023 08:41 693


Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop zəlzələdən zərərçəkənlərə iki aylıq maaşını da bağışlayıb. 

Yenisabah.az xəbər verir ki, o, “Türkiyə, tək ürək” ortaq yayımına qoşularaq zəlzələdən zərərçəkənlər üçün verdiyi 3 maaşdan başqa 2 maaşını daha ianə edib. 

Mustafa Şentop bütün millət vəkillərinə çağırış edərək, - "maaşlarınızı bağışlayın", - deyib.  Dördpendirli pizza

Xatırladaq ki, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə, tək ürək” adı altında zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirib. 

Kampaniyada 115 milyard 146 milyon 528 min lirə vəsait toplanıb. 

Ümumilikdə isə 9 milyon 10 min SMS göndərilib. 

Toplanan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!