Türkiyəli sürücülər etiraza qalxdı, Naxçıvanda həbslər başladı -  Video

Türkiyəli sürücülər etiraza qalxdı, Naxçıvanda həbslər başladı - Video

Hadisə Veb saytların hazırlanması

18 Noyabr 2023 11:56 20452


Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək" gömrük postunun 2 əməkdaşı həbs olunub. 

Adları açıqlanmayan həmin gömrük məmurları gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyə Respublikasından ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Muxtar Respublika Prokurorluğunda başlanan cinayət işi üzrə saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi), 200-1.2.3 ( külli miqdarda törədildikdə ) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan olunub. Barələrində məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, həbs son günlər Türkiyəli TIR sürücülərinin keçirdikləri etiraz aksiyasının nəticəsi olaraq baş tutub. Təxminən 15 gün əvvəl aksiya keçirən TIR sürücüləri onları əsassız olaraq günlərlə keçid məntəqəsində saxlanıldıqlarını bildirirdilər: 

“Sədərək gömrüyü 100-150 dollar pul almaq üçün milləti burada əsir tutub. Sürücülər də buna etiraz olaraq aksiyaya başlayıb. Hazırda gömrükdə 500-ə qədər yük maşını qalıb” – deyə aksiya iştirakçıları bildirirdilər.

Aksiya yerindən yayılan videodan da görünür ki, keçid məntəqəsi boş olmasına baxmayaraq, sürücülər saxlanılıb, qarşı tərəfə buraxılmır.

Sədərək gömrük postundakı mənbənin “Gündəlik Naxçıvan”a bildirdiyinə görə isə, həmin iki gömrük məmuru türkiyəli TIR sürücülərindən rüşvət aldıqlarına görə həbs olunub:

“Türkiyəli sürücülərin gömrük qarşısında etirazının ictimailəşməsi geniş rezonans yaratdı. Məsələyə Türkiyə dövləti də qarışıb. Bizimkilər də ara sakitləşsin deyə, iki nəfəri həbs ediblər. Lakin, adını Türkiyə vətəndaşlarından rüşvət aldı qoya bilmirlər. Çünki, sürücülərin etiraz aksiyası ictimailəşdikdən sonra DGK bəyanat yayaraq, rüşvət məsələsini təkzib etmişdi”. 

Xatırladaq ki, Azərbaycan gömrüyündə uzun illərdir ki, mövcud olan problemləri həll etmək hələ də mümkün olmayıb. Bu sistemdə aparılan çoxsaylı islahatlara, qanunvericiliyə edilən dəyişikliklərə, rəhbərliyin kökündən dəyişdirilməsinə baxmayaraq, rüşvət ittihamları hər zaman öz aktuallığını qoruyub.  Nəhayət sürücülərin bu qanunsuzluqlara etiraz olaraq aksiyaya başlaması, Türkiyə dövlətinin məsələyə qarışması növbəti dəfə problemi üst səviyyəyə qaldırıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Sabit
    Gözəl Azərbaycanım! Sərhədi,Gömrüyü Manqurtlara tapşırılanda bu kimi neqativ hallar qaçırılmazdır,!Ölkənin Yiyəsi,Sahibi Var! ; Mən belə düşünürəm,! Sahib dursun Ölkəmizə! Xausa,Anarxiyta Son;!
    10 days ago
  • Mais m.
    Bəs rüşvət olmasa darğanın haqqı hardan getsin?..
    10 days ago
  • F
    Geniş edir sabaxda yeni əmitke yeni vəzifə ver .oğru özün Hel göster axırda millete gülür . Bu şərtsiz hakmiyyetin xeyri yoxdur yenede bunlar yeni vezife verir ki rahat talyirlarigradqkarin hakmiyyetin fonduna kokurulur
    10 days ago
  • Xeyrəddin
    1000 manat maaşı olan vəzifəyə 50min 100 min manat verib vəzifəyə keçirsə başqa nə olmalıdır ki. Maaşla dolanmayacaq ki.Arada çak çuk edir də.Gözəl ölkəm gözəl vətənim birdənəsən birdənə
    10 days ago
  • Ramil
    Adminə sərf eləmir yazdığım?
    11 days ago
  • Ramil
    Rüşvəti leqallaşdırmaq lazımdır Hər məmurada limit məsələn bu gömrük məmuru növbədə olan müddət 100-200 dollar civarında rüşvət tələb edə bilər,digəri daydaysızı 50-100 dollar civarında. Onda baxarsız ki,orada növbə gözləyən 500 maşın o həmən daydaysız məmurun növbəsi vaxtı yarım saata necə keçir məntəqəni
    11 days ago
  • Sübhan
    Azərbaycanda rüşvət adlı heç nə yoxdur.sadəcə olaraq hörmət var
    11 days ago