Türkiyəli tennisçi çempion oldu
Yenisabah.az xəbər verir ki, “Merida Open Akron” tennis turnirində türkiyəli raketka ustası Zeynəb Sönməz çempion olub. Meksikada keçirilən yarışın finalında 22 yaşlı tennisçi finalda ABŞ təmsilçisi Ann Liyə qalib gəlib.
Zeynəb Sönməz rəqibini 6-2 və 6-1-lik setlərlə məğlub edərək turnirin ən mötəbər pilləsini qazanıb. O bu nəticə ilə dünya reytinq cədvəlində 36 pillə yüksələrək, 91-ci sırada qərarlaşıb. Dominos pizza
7 yaşından bəri peşəkar tennislə məğşul olan Zeynəb Sönməz bu sahədə Türkiyənin ən titullu idmançılarından hesab olunur. Sönməz yaxın gələcəyin ən yaxşı qadın tennisçilərin biri kimi göstərilir.
Telegram kanalımız