Türkiyəli müğənni Cem Belevi 4 il münasibətdə olduğu aktrisa sevgilisi Zəhra Yılmazla toyunu təxirə salıb.
Yenisabah.az “huriyyet.com”a istinadən xəbər verir ki, müğənni buna səbəb olaraq Qarabağda döyüşlərin getməsini göstərib:
“Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək uğrunda mübarizə apardığı bir vaxtda toy etməyi düşünmürük. Anam və atam Bakıda yaşayır. Belə bir vəziyyətdə toy barədə düşünmək düzgün çıxmaz. Ona görə də təxirə saldıq”. pizza sifarişi
Xatırladaq ki, Cem Belevi sevgilisinə onun ada günüdə evlilik təklif etmişdi.
Telegram kanalımız