Türkiyəli ulduz tarixə düşdü 

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəli ulduz tarixə düşdü 

İdman

18 Sentyabr 2024 12:35 587


“Yuventus” Çempionlar Liqasının ilk turunda Hollandiyanın “PSV” klubunu 3-1 hesabı ilə məğlub edib. “Qoca sinyora”nın heyətində matçda hesabı açan Kənan Yıldız həm turnirin, həm də klubunun tarixinə düşüb. 

Yenisabah.az xəbər verir ki, türkiyəli ulduz Çempionlar Liqasının yeni formatında ilk qolu vuran futbolçu olub. Kənan Yıldız “Yuventus”un heyətində turnir tarixində qol vuran ən gənc (19 yaş) oyunçu kimi də klubun tarixinə düşüb. O, əfsanəvi Del Pieronun 20 yaşında qırdığı rekordu təzələyib.

Xatırladaq ki, Kənan Yıldız “Yuventus”un heyətində bu mövsüm çıxdığı 5 oyunda 1 qol, 2 assistlə yadda qalıb. 19 yaşlı hücumameyilli yarımmüdafiəçinin klubun yeni “Nedvedi” olacağı gözlənilir.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!