Türkiyəlini AFFA da təsdiqlədi -   Millimizin toplanışına başqa əcnəbilər də çağırılıb?

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəlini AFFA da təsdiqlədi - Millimizin toplanışına başqa əcnəbilər də çağırılıb?

İdman

10 Yanvar 2020 09:49 913


Xəbər verdiyimiz kimi, Türkiyə mətbuatında yayılıb ki, “Alanyaspor” klubunun 18 yaşlı hücumçusu Muhammet Mustafa AFFA tərəfindən milliləşdirilir. Onun yanvarın 18-dən 28-dək millimizin Antalyada baş tutacaq toplanışında iştirak üçün baxışa çağırıldığı da deyilir.

Məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. “Yeni Sabah”a açıqlama verən federasiya rəsmisi xəbərin doğruluğunu təsdiqləyib:

“Bəli, baxışa adı çəkilən futbolçu dəvət edilib. Ancaq hələ ki, milliləşdirmək məsələsindən söhbət getmir. Məşqçilər korpusu onun çıxışı, məqşdə özünü necə göstərməsi ilə bağlı müsbət qərar versə, ondan sonra digər prosedurlarla bağlı düşünəcəyik.  pizza mizza

O, millimizin toplanışında Muhammetdən başqa əcnəbilərin də iştirak edib-etməyəcəyi ilə bağlı ilə bu sözləri deyib: “Mən həmin siyahıdan xəbərdar deyiləm və orada hansısa başqa əcnəbilərin olub-olmayacağını dəqiq deyə bilmərəm: Toplanışa çağırılan digər futbolçularla bağlı siyahı qısa zamanda açıqlanacaq”.

Naibə

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!