“Türkiyəni qaralamağa cəhd edirlər” – İlham Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyəni qaralamağa cəhd edirlər” – İlham Əliyev

Siyasət

05 Noyabr 2020 20:31 1460


“Türkiyə tərəfindən Azərbaycana heç bir hərbi dəstək yoxdur, hərbi texnikanın alınmasından başqa”. 

Bu barədə prezident İlham Əliyev İspaniyanın EFE agentliyinə müsahibəsində bildirib. “Biz onu alırıq, müqavilələr imzalayırıq, hər şey şəffafdır, hər şey qanunidir”, - İ.Əliyev deyib. O qeyd edib ki, Azərbaycan başqa ölkələrdən də silah alır.

“Biz başqa ölkələrdən də silah alırıq. Nəyə görə heç kim bizim Rusiyadan nə qədər silah aldığımızdan danışmır?” pizza mizza

Türkiyə əfsuslar olsun ki, müxtəlif avropalı siyasətçilərin hücumuna məruz qalır. Türkiyəni qaralamaq cəhdləri var. Türkiyəni şantaj etmək, ona təzyiq göstərmək cəhdləri var. Türkiyənin bizə hərbi dəstək göstərdiyini deyənlər görə Rusiyanın Ermənistana hərbi dəstək göstərdiyini demir? Bizim əlimizdə sübutlar var, bu 40 gün ərzində Ermənistanın hansı məbləğdə silahla təchiz edildiyi ilə bağlı məlumatı Rusiya rəsmilərinə təqdim etmişik. Niyə heç kim bu barədə danışmır? Gəlin, ədalətli olaq”, - İ.Əliyev davam  edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!