Türkiyəni silkələyən iddia -   Hakan Fidan…

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəni silkələyən iddia - Hakan Fidan…

Dünya

19 Dekabr 2025 10:17 11735


Türkiyənin xarici işlər naziri Hakan Fidanın tez bir zamanda vəzifəsindən uzaqlaşdırılacağı iddia olunur.

“Yeni Sabah” xəbər verir ki, bunu müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan keçmiş deputat, məşhur jurnalist Mustafa Balbay bildirib.

Onun sözlərinə görə, yaxın zamanlarda Türkiyə hökumətinin tərkibində dəyişikliklər olunacaq. Jurnalist deyib ki, artıq ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı qərar qəbul edib. Dördpendirli pizza

“Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın xarici işlər naziri təyin olunacaq”, - M.Balbay söyləyib.

Qeyd edək ki, H.Fidan xarici işlər naziri vəzifəsinə MİT rəhbərliyindən gətirilib. O, 2023-cü il iyun ayından XİN başçısıdır.  

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!