Türkiyənin 40-dan çox universitetinin rektoru Bakıya gəldi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin 40-dan çox universitetinin rektoru Bakıya gəldi

Maraqlı

02 İyun 2022 09:22 934


Türkiyə universitetlərinin 40-dan çox rektoru və ölkənin professor heyəti Azərbaycanda səfərdədir. 

Yenisabah.az xəbər verir ki, Türkiyə nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində paytaxt Bakı və Şuşada olacaqlar. 

Qeyd edək ki, bu gün Azərbaycanda 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi keçiriləcək. Tədbir Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın himayəsi ilə baş tutacaq. Dördpendirli pizza

Beynəlxalq Balkan Universiteti və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək Konqresdə Qarabağın işğaldan azad edilməsi və Xocalı soyqırımı barədə müzakirələr aparılacaq.

Qeyd edək ki, konqres əvvəllər Malaqa, Qüds, Buxara, Rumıniya və Ankarada təşkil olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!