Türkiyənin adı dəyişdirildi - BMT-nin qərarı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin adı dəyişdirildi - BMT-nin qərarı

Rəsmi

02 İyun 2022 10:37 1190


BMT "Türkiyə" adının xarici dillərdə yazılışının "Türkiye" olaraq dəyişdirilməsi ilə bağlı rəsmi müraciətini təmin edib.

Yenisabah.az "Anadolu"ya istinadla xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Düjarrik məlumat yayıb.

Onun sözlərinə görə, BMT-nin baş katibi Antonio Quterreş Türkiyə XİN-dən adın dəyişdirilməsi ilə bağlı bildiriş alıb. Məktubun alındığı andan qərara qüvvəyə minib. Sezar pizza

Bundan sonra Türkiyə (“Türkiye”) adı bütün beynəlxalq forumlarda və əvvəllər müxtəlif etnonimlərin (Turkey, Turkei, Turquie və s.) işlədildiyi rəsmi sənədlərdə istifadə olunacaq.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bir gün əvvəl Tvitter hesabında bildirib ki, Ankara ölkə adının xarici dillərdə yazılışının dəyişdirilməsi ilə bağlı BMT-yə rəsmi müraciət təqdim edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!