“Türkiyənin bir neçə ölkəyə tibbi yardım etməsi Ermənistanı da şirinikləşdirib“ - Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyənin bir neçə ölkəyə tibbi yardım etməsi Ermənistanı da şirinikləşdirib“ - Politoloq

Siyasət

11 Aprel 2020 21:59 1283


"Ermənistanın rəsmi şəkildə Türkiyədən kornovirusa qarşı mübarizə üçün yardım istədiyi qeyd edilir. Bildirim ki, koronovirus Ermənistanda ordu sıralarında geniş yayılıb, işğalçı ölkə maska və digər zəruri tibbi ləvazimatlarla ordunu təchiz edə bilmir. Türkiyənin bir neçə ölkəyə tibbi yardım etməsi görünür, Ermənistanı da şirinikləşdirib və öz düşmənçiliyinə rəğmən belə bir yardım istəyir". 

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi birinci Qarabağ müharibəsində Türkiyədən taxıl yardımı alıb və təkrar eyni ssenarinin baş tutmasında maraqlıdır:

"Ermənistan Azərbaycanın 20 % ərazinini işğal edərək burada öz silahlı qüvvələrini saxlayır. Həmçinin Türkiyəyə qarşı ərazi iddiası irəli sürür. Amma Azərbaycana qardaş və müttəfiq olan ölkədən yardım istəyir. Türkiyə Ermənistanın işağalçı siyasətinə görə qəti şəkildə bu ölkəyə koronovirusla mübarizəyə görə yardım etməməlidir".  pizza sifarişi

Ekspert qeyd edib ki, əgər Türkiyədən Ermənistana tibbi yardımlar verilərsə, Yereavanın birbaşa Azərbaycanın işğal olunmuş ərazilərində dislokasiya olunmuş işağalçı ordusuna bu tibbi ləvazimatları göndərməsinə heç kim zəmanət vermir:

"Humanitar missiya olsa da buna gedilməməlidir. Necə ki, ABŞ İranda pandemiyanın geniş vüsət almasına baxmayaraq, bu ölkəyə sanksiyaları geri götürmür və əsaslandırır ki, sanksiylar götürülsə, İran terrorçu təşkilatları ayaqda tutacaq. Həmçinin, İran şərtləri yerinə yetirmədiyi üçün buna getmir. Dünyanın demokratiya dövləti məhz belə mövqe ortaya qoyur. Ona görə də Türkiyə də Ermənistana yardım etməməlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!