Türkiyənin Gürcüstandakı səfirliyi erməniləri məyus edib

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin Gürcüstandakı səfirliyi erməniləri məyus edib

Rəsmi

25 Aprel 2021 07:29 690


Gürcüstanda yaşayan ermənilər bu gün Tbilisidə Türkiyə səfirliyinin binası yaxınlığında qondarma “erməni soyqırımı”nın 106-cı ildönümünə həsr olunan aksiya keçiriblər.

“Yeni Sabah” Azərtac-a istinadən xəbər verir ki, aksiya Filarmoniya binasının qarşısından yürüşlə başlayıb.

Əllərində Ermənistan, Gürcüstan bayraqları və plakatlar olan ermənilər Türkiyə əleyhinə şüarlar səsləndiriblər. Polis səfirliyin ətrafında dəmir maneələr düzüb və təhlükəsizlik tədbirlərini gücləndirib. Sezar pizza

Türkiyə səfirliyi aksiya iştirakçılarını cavab aksiyası ilə qarşılayıb.

Belə ki, diplomatik nümayəndəliyin həyətində səs gücləndiriciləri ilə türk marşları və nəğmələri yüksəkdən səsləndirilib. Bununla Türkiyənin ermənilərin yalan və əsassız iddialarını qəbul etmədiyi göstərilib.

Səfirliyin binası önündə isə Ağrı dağının fotoşəkilləri sərgilənib. Türkiyənin ən hündür dağının fotoları ötən gündən ölkənin Milli Suverenlik və Uşaq Bayramına həsr olunan tədbir çərçivəsində nümayiş etdirilir.

Cavab aksiyasına Gürcüstanda yaşayan bir qrup azərbaycanlı gənc də qoşulub. Onlar əllərində Azərbaycan və Türkiyə bayraqları ilə qardaş ölkəyə dəstək olublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!