“Türkiyənin həmsədrliyə gətirilməsi...” - Hikmət Hacıyevdən   Özəl açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyənin həmsədrliyə gətirilməsi...” - Hikmət Hacıyevdən Özəl açıqlama

Siyasət

30 Avqust 2020 12:40 1420


Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi işğalçı Ermənistanı silahlandırması fonunda həmsədr dövlətlərin tərkibinin genişləndirilməsi məsələsi yenidən gündəmə gəlib.

Azərbaycan Minsk Qrupu üzvlərinin toplanmasını və danışıqlar formatının dəyişdirilməsi imkanlarını müzakirəyə çıxara bilərmi?

Yenisabah.az xəbər verir ki, Minsk qrupunun həmsədr dövlətlərin tərkibinin dəyişdirilməsi, Türkiyənin həmsədrliyə gətirilməsi məsələsinin mümkün olub-olmadığını Teleqraf.com-a şərh edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Minsk qrupunun tərkibində olan 11 dövlətdən birinin Türkiyə olduğunu xatırladıb. pizza sifarişi

"Sadəcə olaraq bizim istəyimiz ondan ibarətdir ki, Minsk Qrupunun tərkibində olan bütün dövlətlərin prosesdə daha da aktiv iştirak etməsi üçün şərait yaradılmalı və tam tərkibdə görüşü keçirilməlidir", - deyə Prezidentin köməkçisi qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!