Türkiyənin ilk milli kəşfiyyat gəmisi istifadəyə verildi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin ilk milli kəşfiyyat gəmisi istifadəyə verildi

Rəsmi

14 Yanvar 2022 17:13 796


Türkiyənin ilk kəşfiyyat gəmisi olan “TCG Ufuk” sınaq və təlim gəmisi bu gün istifadəyə verilib.

Rəsmi mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

“Türkiyə Milli Müdafiə Sanayesi atdığı uğurlu addımlarla çirkli oyunları pozan ölkə oldu. Ölkəmizin bu uğurları son illər dünyanın dörd bir tərəfindəki xalqlar üçün ümid qaynağına çevrilib”, - Ərdoğan deyib. Toyuqlu pizza

O qeyd edib ki, Türkiyə terrorla mübarizə və digər sahələrdə apardığı fəaliyyətinə görə milli müdafiə sənayəsinə borcludur.

Ərdoğan vurğulayıb ki, Türkiyə istehsalı olan silah-sursatı hər il daha çox ölkə alır və ölkənin cari ilin sonunda müdafiə və aerokosmik sahəsində ixracatı 4 milyard dolları keçəcək.

Qeyd edək ki, gəmi 2019-cu ildə inşa olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!