Türkiyənin İrəvandakı “səfirinin” kim olduğu “elan edildi”

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin İrəvandakı “səfirinin” kim olduğu “elan edildi”

Dünya

28 Mart 2021 20:41 1225


Ermənistan Təhlükəsizlik Şurasının binası bu andan etibarən Türkiyənin Ermənistandakı Səfirliyi, katibi isə (Arman Qriqoryan – red.) Türkiyə səfiri və maraqlarının xidmətçisidir.

Axar.az xəbər verir ki, bunu Daşnaksütyun Partiyasının rəsmi nümayəndəsi İşxan Saqatelyan İrəvanda keçirilən mitinqdə çıxışı zamanı deyib.

“Təbii olaraq, Ermənistan vətəndaşları Təhlükəsizlik Şurası katibinə Türkiyənin Ermənistandakı xəfiyyəsi kimi yanaşmalıdırlar. Ermənistanda iki xətt var. Birinci xətt Ermənistanı psevdo sülhsevərlik bəhanəsi ilə məhvə aparmaq istəyən Nikol və onun komandasıdır. İkinci xətt bizik. Biz milli dəyərlərimizi, dövlətçiliyimizi, “artsaxı” qorumaq istəyirik. Bizim istiqamətimiz qalib gəlməlidir”, – deyə o bildirib. Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!