Türkiyənin mədəniyyət və turizm naziri sabah Bakıya gəlir

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin mədəniyyət və turizm naziri sabah Bakıya gəlir

Siyasət

14 Noyabr 2024 19:14 364


Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sabah Bakıya səfər edəcək.

Bu barədə "Report"un Ankara bürosuna Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində nazir Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşəcək. Görüş zamanı iki ölkə arasında turizm sahəsində əməkdaşlıq sazişinin imzalanacağı nəzərdə tutulur. pizza hut

Bununla yanaşı, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüş keçiriləcək.

Mehmet Nuri Ersoy, həmçinin COP29 çərçivəsində keçiriləcək iclaslarda iştirak edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!