Türkiyənin məşhur futbol klubu dağılır 

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin məşhur futbol klubu dağılır 

İdman

28 Noyabr 2023 15:10 1119


Türkiyənin “Bursaspor” futbol klubu fəaliyyətini dayandıra bilər. 

Yenisabah.az xəbər verir ki, bu barədə II Liqa təmsilçisinin prezidenti Recep Günay mətbuat konfransında məlumat verib. 

Funksioner bildirib ki, tarixi klub dağılmaq təhlükəsi ilə üz-üzə qalıb: “Bursaspor”un 1,5 milyard TL borcu var. Kluba transfer qadağası qoyulub. Yeni oyunçular ala bilmirik. UEFA və İdman Arbitraj Məhkəməsinə müraciət etmişik. Çıxarılacaq qərar əleyhimizə olarsa, xallarımız silinəcək. Klubun fəaliyyətini davam etdirmək şansı sıfıra bərabərdir”.  Dördpendirli pizza

Qeyd edək ki, “Bursaspor” klubu 1963-cü ildə yaradılıb. Komanda 1986-cı ildə Türkiyə Kubokunun, 2009/2010-cu illər mövsümündə isə Superliqanın qalibi olub. Azərbaycan millisinin və “Sabah”ın yarımmüdafiəçisi Namik Ələskərov 2021/2022-ci illər mövsümündə Bursa təmsilçisinin formasını geyinib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!