Türkiyənin məşhur məşqçisi Azərbaycana gəlir? - Özü danışdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin məşhur məşqçisi Azərbaycana gəlir? - Özü danışdı

İdman

18 Noyabr 2021 14:41 958


“AFFA-dan mənimlə heç kim təmasa keçməyib. Türkiyə mətbuatında yazılanlar həqiqəti əks etdirmir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında adı Azərbaycan millisinin baş məşqçi postuna hallanan Samet Aybaba deyib.

Qardaş ölkə mediası AFFA-nın 66 yaşlı mütəxəssislə anlaşdığını yazsa da, Aybaba bunu təkzib edib. Bununla belə, o, yığmamızda işləməyə müsbət yanaşır: “Təbii ki, təklif olsa, oturub danışmaq lazımdır. Azərbaycan bizim də ölkəmizdir”. Dördpendirli pizza

Son olaraq “Adana Dəmirspor”u çalışdıran Samet Aybaba millimizin hazırkı durumundan da bəhs edib: “Düzü, Azərbaycanın futbol görüntüsü heç də yaxşı deyil. Yığma komandanın dünya çempionatının seçmə mərhələsindəki nəticələrini biz də izləyirdik. Çox çalışmaqla vəziyyəti düzəltmək lazımdır”.

Qeyd edək ki, Azərbaycan millisinin hazırkı baş məşqçisi Canni de Byazinin müqavilə müddəti ayın sonuna qədərdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!