Türkiyənin Müdafiə Nazirliyi Qələbə paradı ilə bağlı videoçarx hazırlayıb -   Video

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin Müdafiə Nazirliyi Qələbə paradı ilə bağlı videoçarx hazırlayıb - Video

Hadisə

10 Dekabr 2020 11:49 1129


Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Vətən müharibəsində qazandığı zəfər münasibətilə bu gün Bakıda keçiriləcək Qələbə paradı ilə bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, paradla bağlı hazırlanan videoçarx nazirliyin tvitter səhifəsində yerləşdirilib.

“Bir Vətən Hərəkatı”nın uğurla icra edən və Qarabağda böyük Zəfər əldə edən Azərbaycan türkü qardaşlarımızı təbrik edir, Bakıdakı paradda iştirak edəcək qəhrəman ordularımızın hərbçilərini qürurla salamlayırıq. 2 783 şəhidimizə Allahdan rəhmət diləyirik”, - paylaşımda qeyd olunub. Dominos pizza

Videoçarxda Azərbaycan və Türkiyə ordularının birgə keçirdiyi təlimlərdən görüntülər, həmçinin Azərbaycan Ordusunun Vətən müharibəsində keçirdiyi əməliyyatların fraqmentləri və Qələbə paradının təlim kadrları əksini tapıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!