Türkiyənin Qara dənizdə vurduğu PUA ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin Qara dənizdə vurduğu PUA ilə bağlı açıqlama

Dünya

19 Dekabr 2025 01:59 505


Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bir müddət əvvəl Qara dənizdə F-16-lar tərəfindən məhv edilən naməlum PUA ilə bağlı açıqlama verib.

"Yeni Sabah" xəbər verir ki, nazir Türkiyə Böyük Millət Məclisinin (TBMM) İdarə Heyətində büdcə müzakirələri zamanı bu məsələyə toxunub.

O bildirib ki, insidentlə bağlı hələ də araşdırmalar davam etdirilir: Dominos pizza

“Qara dənizdən hava məkanına daxil olarkən nəzarətə götürüldü. Münasib zonada F-16-larımız tərəfindən məhv edildi. Kiçik cihazdır. Vurulduqdan sonra çox kiçik hissələrə ayrıldı. Hansı ölkəyə məxsus olması ilə bağlı hər hansı dəlil aşkarlanmayıb. Araşdırmalar aparılır”.

Xatırladaq ki, bir neçə gün öncə Türkiyə HHQ-yə məxsus F-16-lar Qara dəniz üzərində hava sərhədini pozan PUA-nı zərərsizləşdirmişdi./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!