Türkiyənin üç vilayətində meşə yanğını: İnsanlar təxliyə olundu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin üç vilayətində meşə yanğını: İnsanlar təxliyə olundu

Hadisə

19 İyun 2024 09:37 351


Türkiyənin üç vilayətində meşə yanğınları davam edir.

Yenisabah.az “TRT Haber”ə istinadən xəbər verir ki, Çanaqqala və Uşakda dünən axşamdan başlayan yanğınlar hələ də söndürülməyib. İzmirin Dikili rayonunda isə gecədən başlayan yanğın küləyin təsiri ilə ətraf ərazilərə yayılıb.

Hazırda yanğınsöndürənlər hər üç istiqamətdə yanğını havadan və qurudan müdaxilələrlə söndürməyə çalışırlar. Sezar pizza

Məlumata görə, Uşakda bəzi evlərdəki insanlar təxliyə edilib. İzmirdə isə balıq təsərrüfatına və bir evə ziyan dəyib.

Ölən və yaralananlar barədə məlumat yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!