Türkiyənin vitse-prezidenti Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin vitse-prezidenti Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri ilə görüşdü

Siyasət

20 May 2025 20:36 286


Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

Yenisabah.az xəbər verir ki, bu barədə C.Yılmaz sosial şəbəkə hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, görüşdə Türkiyə ilə Azərbaycan arasında əlaqələrin çatdığı qardaşlıq və strateji tərəfdaşlıq səviyyəsinin daha da irəlilədilməsi üçün konkret addımlar müzakirə edilib: Dördpendirli pizza

"Görüşdə regional prosesləri də qiymətləndirdik. Cənab Vəliyevə və onun nümayəndə heyətinə səmimi və konstruktiv yanaşmalarına görə təşəkkür edirəm.

Qardaş Azərbaycanla əməkdaşlığımızı "bir millət, iki dövlət" anlayışı çərçivəsində, etimad və həmrəylik əsasında qətiyyətlə davam etdirəcəyik"./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!