Türkiyənin xüsusi təyinatlı hərbçiləri Şimali İraqda əməliyyatlara başladı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin xüsusi təyinatlı hərbçiləri Şimali İraqda əməliyyatlara başladı

Rəsmi

24 Aprel 2021 17:30 905


"Türk Silahlı Qüvvələrinin xüsusi təyinatlı qəhrəman hərbçiləri Şimali İraqdadır".

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin "Twıtter" səhifəsində paylaşıb.

Qeyd edək ki, "CNN-Türk" telekanalı Türkiyənin İraqdakı PKK terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatına Ankaradan Türkiyənin müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin (TSK) baş qərargah rəisi Yaşar Gülərin nəzarət etdiyini bildirib.  Marqarita pizza

TSK İraqın Metina, Zap, Basyan və Qəndil bölgələrinə qırıcı təyyarə və vertolyotlardan hava zərbələri endirib. Xüsusi təyinatlı bölmələr Metina bölgəsində quru əməliyyatlarına başlayıb.

iki ay yarım öncə isə 10 fevralda TSK İraqın Qara bölgəsində "Pəncə-qartal-2" hərəkatı başladaraq 60-a yaxın terrorçunu zərərsizləşdirib, hərəkat zamanı terrorçuların mağarasında girov saxlanılan və qətlə yetirilən 13 günahsız Türkiyə vətəndaşının cəsədi də aşkarlanmışdı./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!