Türkiyənin yeni səfiri bu gün Azərbaycana gəlir -   TƏRCÜMEYİ-HAL

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin yeni səfiri bu gün Azərbaycana gəlir - TƏRCÜMEYİ-HAL

Hadisə

19 Aprel 2021 11:33 724


Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Cahit Bağçı Bakıya yola düşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə diplomat tvitter səhifəsində paylaşım edib.

C.Bağçı qeyd edib ki, yeni vəzifənin icrası üçün Azərbaycana gəlir. Toyuqlu pizza

“Allah bütün görəcəyimiz işlərdə düzgün addımlamağı, yolumuzu və işimizi xeyirli, firavan və asan etsin, gücümüzü artırsın və köməyimiz olsun”, - diplomat vurğulayıb.

Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. Orta Doğu Texniki Universitetinin Sosiologiya fakültəsini bitirib. Doktorluq işini Böyük Britaniyanın Mançestr Universitetində müdafiə edib. 1988-ci ildə Dövlət Planlaşdırma Təşkilatının Sosial Planlaşdırma İdarəsində işləməyə başlayıb. Türkiyə Böyük Millət Məclisinə XXIII, XXIV və XXV çağırışlarda Çorumdan millət vəkili seçilib. Türkiyə-Avropa İttifaqı parlament komissiyasının üzvüdür.

Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğanın aprelin 3-də imzaladığı sərəncamı ilə Azərbaycana səfir təyin olunub. Evlidir, 3 övladı var. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!