Türkiyəyə məxsus gəmi Yunanıstan bayrağı altında üzən gəmi ilə toqquşaraq çevrildi:   Ölənlər var

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəyə məxsus gəmi Yunanıstan bayrağı altında üzən gəmi ilə toqquşaraq çevrildi: Ölənlər var

Dünya

11 Noyabr 2020 18:22 1542


Aralıq dənizində Türkiyəyə məxsus balıqçı gəmisi Yunanıstan bayrağı altında üzən tankerlə toqquşaraq çevrilib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində balıqçı gəmisində olan dörd nəfər həyatını itirib, bir nəfər itkin düşüb. pizza hut

Hadisə Adana vilayətinin Karataş rayonunun sahil sularından təxminən 24 kilometr uzaqda baş verib.

Hələ ki, hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Türkiyə Sahil Mühafizəsi Xidmətindən verilən məlumata əsasən, itkin düşən gəmi üzvünün axtarışına üç sahil mühafizə gəmisi və dalğıc qrupları cəlb olunub.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!