“Türkiyəyə qarşı terror hücumları davam edir“   - Ərdoğan

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyəyə qarşı terror hücumları davam edir“ - Ərdoğan

Rəsmi

08 İyul 2021 14:25 862


“FETÖ tərəfindən həyata keçirilən 15 iyul dövlət çevriliş cəhdi tariximizin ən böyük xəyanətlərindən biridir, bunun arxasında daha böyük bir şəbəkə var”.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin vilayət sədrləri ilə birgə keçirilən iclasında çıxışı zamanı deyib.

Önümüzdəki həftə 15 iyul dövlət çevrilişinə cəhdin ildönümü olacağını xatırladan Türkiyə Prezidenti deyib ki, dövlət və xalq birliyi ilə bu çevrilişə cəhd edənlərin xain hücumları uğursuzluqla nəticələnib: “Türkiyəyə qarşı terror hücumları hazırda da davam etsə də, qarşısı alınır. Yeni hədəf iqtisadiyyatımız idi. Gecə yarısı əməliyyatlarla dəfələrlə hücum etdilər. Gəzi hadisələrində məqsəd nədirsə, iqtisadiyyatımıza olan hücumlarda da məqsəd eynidir, lakin Türkiyəyə qarşı olan bütün terror hücumlarında olduğu kimi, bunun da qarşısını aldıq, iqtisadiyyatımızı hücumlara qarşı gücləndirdik”. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!