Türkiyə millisinə ağır itki üz verib.
"Yeni Sabah" "Hürriyet" nəşrinə istinadən xəbər verir ki, "Kristal Pelas"da (İngiltərə) çıxış edən Cenk Tosun məşq zamanı dizindən zədə alıb. Hücumçu 6-7 ay yaşıl meydanlardan uzaq qala bilər. Belə halda, 28 yaşlı futbolçu AVRO-2020-ni də buraxacaq. Forvardın səhhəti ilə bağlı son söz MRT müayinəsindən sonra müəyyənləşəcək.
Qeyd edək ki, Türkiyə milli komandası Avro-2020-nin A qrupunda İtaliya, Uels və İsveçrə yığmaları ilə üz-üzə gələcək. "Ay-ulduzlular" iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə Bakıda mübarizə aparacaq. Telegram kanalımız