Türkiyə Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat nəticəsində 11 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Terrorçular Suriya ərazisindəki “Sülh çeşməsi” əməliyyatının keçirildiyi bölgədə zərərsizləşdirilib. Onların Türkiyə ordusunun hərbçilərinə qarşı təxribat törətdikləri qeyd olunub. Dominos pizza
Öldürülənlər arasında qruplaşmanın rəhbərlərindən olan Mehmet Doğan adlı məşhur terrorçu da var.
Telegram kanalımız