Türklərə məxsus obyektlər daşqalaq edildi

saytların hazırlanması

Evə çatdırılma

Türklərə məxsus obyektlər daşqalaq edildi

Dünya

29 Oktyabr 2025 10:58 267


Montoneqroda Türkiyə vətəndaşlarına məxsus obyektlərə kütləvi hücumlar bitmir.

“Yeni Sabah” xəbər verir ki, Podqoritsa, Bar və Herzeq şəhərlərində yerli sakinlər türkiyəlilərə aid olduğu deyilən kafe və restoranları daşqalaq edib.

İnsidentlərin səbəbi ötən həftəsonu Zabjelo rayonunda Türkiyə və Azərbaycan vətəndaşlarının yerli sakinə hücum etməsi olub. Baş verən hadisədən sonra ölkə vətəndaşları miqrantlara qarşı kütləvi aksiyalar təşkil edib. Dördpendirli pizza

Monteneqro polisi Zabjelo rayonunda baş vermiş insidentlə əlaqədar Azərbaycan və Türkiyə vətəndaşlarından ibarət 45 nəfəri saxlayıb.

Monteneqroda 14 minə yaxın Türkiyə vətəndaşı yaşayır. Azərbaycana vətəndaşlarının sayı isə 3-5 min aralığındadır.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!