Turnirin ən erkən qolu vuruldu

saytların hazırlanması

Evə çatdırılma

Turnirin ən erkən qolu vuruldu

İdman

07 Sentyabr 2024 12:04 691


UEFA Millətlər Liqası çərçivəsində baş tutan Fransa-İtaliya matçında turnir tarixinin ən erkən qolu qeydə alınıb. Fransa millisinin heyətində Bredli Barkola 12-ci saniyədə apeninlilərin qapısına yol tapıb. 

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, Didie Deşamın komandası oyunda məğlub olsa da, erkən qol səbəbindən tarixə düşüb. İtaliya millisi matçda geridönüş edərək, Dimarko, Fratessi və Raspadorinin qolları ilə qələbəni təmin edib. 

Qeyd edək ki, futbol tarixinin ən erkən qolu isə Şotlandiya liqasında çıxış edən Qevin Stoks tərəfindən vurulub. O, hələ 2-ci saniyədə rəqib qapısına yol tapmağı bacarıb.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!