Türyənçay Dövlət Təbiət Qoruğu ərazisində şimşək çaxması ilə əlaqədar növbətçilik təşkil edildi

saytların hazırlanması

Evə çatdırılma

Türyənçay Dövlət Təbiət Qoruğu ərazisində şimşək çaxması ilə əlaqədar növbətçilik təşkil edildi

Hadisə

17 Avqust 2021 02:07 1469


Bu gün axşam saatlarından başlayaraq Türyənçay Dövlət Təbiət Qoruğu ərazisində güclü şimşək çaxması müşahidə olunur.

Yenisabah.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, ərazidə nəzarətin təmin olunması məqsədilə növbətçilik təşkil edilib, baş verə biləcək yanğınların operativ söndürülməsi üçün müvafiq tədbirlər görülüb. Marqarita pizza

İradə İbrahimova deyib ki, bir neçə gün əvvəl Qoruğun ərazisində şimşək çaxması nəticəsində yanğın hadisəsi baş verib, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində yanğın söndürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!