Yasamalda yerləşən çoxmərtəbəli binada yanğından zəhərlənən 27 nəfərdən 20-si evə buraxılıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.
M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənmiş 27 nəfərin 13-ü kişi və 7-si qadın olub. pizza mizza
Hazırda daha 7 nəfərin (5 qadın, 2 kişi) müalicəsi Toksikologiya şöbəsində davam edir. Xəstələrdən 6-sının vəziyyəti orta ağır, 1 azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər həyatını itirib.
Aytac Əliyeva
Telegram kanalımız