Mətanət Əliverdiyeva aparıcısı olduğu verilişdə gənc ifaçılara üz tutub.
"Yeni Sabah" axşam.az-a istinadla xəbər verir ki, o, proqramına mühafizəçilərlə gələn müğənniləri təndiq edib:
"Əziz gənc ifaçılarımız, sizi çox sevirik, amma qoltuqlarınız qarpızlanmasın. Verilişimə qonaq gələndə özünüzlə 10 mühafizəçi gətirirsiniz. Xalq artisti Niyaməddin Musayev isə özü gəlib-gedir. Allah onu mühafizə edir. İnsanlar onu bur cür sevir. Sizin belə gedib-gəlməyinizlə nə olur ki?! Verilişlərə, konsertlərə elə gedirlər. Niyaməddin müəllim konsert verib, amma bir təhlükəsizlik əməkdaşı görmədim ki, kimisə itələsin. Hamımız iç-içəyik, insanıq". pizza sifarişi
Telegram kanalımız