“Xaricdə oynamış” azərbaycanlı futbolçulardan bəhs edərkən, ağıla ilk öncə Türkiyə və Rusiya klublarında çıxış etmiş oyunçular gəlir. Lakin bir sıra yerli futbolçular var ki, onların kariyeralarının müəyyən bir dövrü məhz Avropanın yaşıl meydanlarından keçib.
Yenisabah.az vaxtilə və indi Avropa klublarının formasını geyinmiş azərbaycanlı futbolçuların bəzilərini oxuculara təqdim edir:
Vəli Qasımov Toyuqlu pizza
İspaniyanın “Real Betis”, “Albasete”, “Esixa”, Portuqaliyanın isə “Vitoriya” və “İmortal” kimi klublarında çıxış etmiş Vəli Qasımov Azərbaycan futbolunun ən kariyeralı futbolçusu hesab edilir. Bir zamanlar hücumçu mövqeyində çıxış edən və hazırda məşqçi kimi fəaliyyət göstərən 55 yaşlı veteran, 1994-1998-ci illərdə Azərbaycan millisinin şərəfini qoruyub.
Samir Ələkbərov
Kariyerasının böyük bir hissəsini “Neftçi”də keçirən Samir Ələkbərov 1994-1995-ci illərdə İsrailin “Makkabi Petax-Tikva” klubunda çıxış edib. Bu yenicə formalaşan müstəqil Azərbaycan futbolu üçün heç də pis nəticə deyildi.
Araz Abdullayev
Hazırda “Zirə” klubunun şərəfini qoruyan Araz Abdullayev bir zamanlar Yunanıstan və Kiprin bir sıra klublarında uğurlu çıxışı ilə yadda qalıb. 32 yaşlı sol cinah yarımmüdafiəçisi hələ 18 yaşı olarkən İngiltərənin məşhur “Everton” klubunun diqqətində olub və bir müddət icarə əsasında Liverpul təmsiçisinin heyətində yer alıb. Araz Abdullayev peşəkar kariyerası boyunca Yunanıstan təmsilçisi “Panonios”, və Kipr klubları “Anortosis”, “Etnikos”da çıxış edib.
Vaqif Cavadov
Futbol kariyerasını bitirdikdən sonra məşqçi kimi fəaliyyət göstərən məşhur hücumçu Vaqif Cavadov da qısa müddət də olsa, Avropanın yaşıl meydanlarını görən futbolçularımızdandır. O, “Qarabağ” klubu və millidəki uğurlu çıxışdından sonra, 2010-cu ildə həmin vaxt Hollandiya çempionu olmuş “Tvente” klubuna tranfer olub. Hollandiya təmsilçisinin heyətində 1 sezon keçirən Vaqif Cavadov heç bir rəsmi oyunda iştirak etməyib və əvəzedici heyətdə çıxış edib.
Mahir Emreli
Kariyerasına “Bakı” klubunda başlamış Mahir Emreli də kariyerası Avropadan düşən futbolçularımızdandır. 27 yaşlı hücumçu “Qarabağ”dan sonra bir-birinin ardınca Polşanın “Legia Varşava”, Xorvatiyanın “Dinamo Zaqreb” kimi klublarında çıxış edib. Mahir son olaraq, Almaniyanın “Nürnberq” klubuna transfer olub.
Nazim Hacıyev
Telegram kanalımız