“Twitter qatili” edama məhkum olundu

saytların hazırlanması

Evə çatdırılma

“Twitter qatili” edama məhkum olundu

Kriminal

15 Dekabr 2020 14:11 1031


Tokio Dairə Məhkəməsi internetdə tanış olduğu bir neçə şəxsi qətlə yetirmiş 30 yaşlı Takahiro Şiraişi adlı müttəhimi edama məhkum edib.

Yenisabah.az xəbər verir ki, “Twitter qatili” ləqəbi ilə də tanınan Şiraişi Kanaqava prefekturasının (əyalətinin) Zama şəhərindəki evində doqquz nəfəri qətlə yetirmək, cəsədlərini parçalamaq və saxlamaqda təqsirkar bilinib.

Hakim Naokuni Yano həmin qətlləri “kriminal tarixində ifrat qəddar” olaraq dəyərləndirib Dördpendirli pizza

T.Şiraişiyə qarşı 2018-ci ilin sentyabr ayında irəli sürülmüş ittihamnaməyə görə o, 2017-ci il avqust – oktyabr dövründə 15-26 yaşlar arasında səkkiz qızı və bir oğlanı qətlə yetirib. Onlarla sosial şəbəkədə tanış olaraq intihar etmək istədiyini bildirərək evinə dəvət edib. İddiaya görə öldürdüyü bütün qızlara əvvəlcə cinsi təcavüz edib.

İlk dəfə 2017-ci ilin oktyabr ayında itkin düşmüş 23 yaşlı qızı axtaran polis T.Şiraişinin evinə gələrək meyit parçalarının saxlandığı bir neçə soyuducu aşkarlayıb. Rəsmi ittihamnamə irəli sürülənədək 5 ay ərzində psixiatrik sınaqlardan keçirilib. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!