U-21 millimiz azlıqda qalan rəqibinə uduzdu

U-21 millimiz azlıqda qalan rəqibinə uduzdu

İdman Veb saytların hazırlanması

12 Oktyabr 2023 20:16 368


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Yenisabah.az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu yığma Bakıda Şimali İrlandiyanı qəbul edib.

"Azərsun Arena"dakı qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 1:0. Rəqib 38-ci dəqiqədə azlıqda qalıb, bir dəqiqə sonra isə Camal Cəfərov penaltidən yararlana bilməyib.

F qrupundakı digər matçlarda Ukrayna Lüksemburqla, İngiltərə Serbiya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda səfərdə Serbiyaya 0:2 hesabı ilə uduzmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!