Üç ayda 6362 yeni mənzil təbii qazla təmin olunub

saytların hazırlanması

Evə çatdırılma

Üç ayda 6362 yeni mənzil təbii qazla təmin olunub

Sosial

24 Aprel 2020 15:10 846


Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib

“Azəriqaz” İB-dən Yenisabah.az-a verilən məlumata görə, Fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə qurum tədbirlərini davam etdirir. Belə ki, mart ayı ərzində 29 yaşayış binası üzrə 1265 mənzil, 2020-ci ilin 3 ayı ərzində isə 139 yaşayış binası üzrə 6362 mənzil təbii qazla təmin olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!