2019-cu ilin birinci rübündə Naxçıvan Muxtar Respublikasında 6 min 872 nəfərə ümumvətəndaş pasportu, 6 min 974 vətəndaşa şəxsiyyət vəsiqəsi verilib.
“Yeni Sabah” xəbər verir ki, Naxçıvan Daxili İşlər Nazirliyinin aidiyyəti əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində axtarışda olanların tutulması 100 faiz təşkil edib. Bununla yanaşı, mülki hüquqi öhdəliklərin icrasından yayındığı və məhkəmə qərarı ilə axtarışda olan 9 nəfərdən 6-sı tutulub, biri isə aidiyyəti üzrə göndərilib.
Bu ilin birinci rübündə qanunsuz saxlanılan silahların könüllü təhvil verilməsi ilə bağlı aparılan maarifləndirici tədbirlər də davam etdirilib. Nəticədə, 123 silah təhvil götürülüb. Bu dövrdə keçmiş illərdən qalmış bir cinayət işi də açılıb. pizza mizza
Bəhs edilən müddət ərzində yol-nəqliyyat hadisələrinin sayının da xeyli azalması həyata keçirilən profilaktik tədbirlər hesabına mümkün olub. Belə ki, rüb ərzində yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Cari ilin ilk üç ayı ərzində yol patrul xidməti tərəfindən 4450, polis inspektorları tərəfindən 278, digər aidiyyəti xidmətlər tərəfindən 14 olmaqla, ümumilikdə, 4742 protokol tərtib edilib.
Telegram kanalımız