Üç fəhlənin faciəvi şəkildə öldüyü yerdən -   GÖRÜNTÜLƏR

saytların hazırlanması

Evə çatdırılma

Üç fəhlənin faciəvi şəkildə öldüyü yerdən - GÖRÜNTÜLƏR

Hadisə

25 Sentyabr 2024 09:19 626


Xəbər verdiyimiz kimi, Şəmkirdə üç nəfəri elektrik cərəyanı vuraraq öldürüb.

 “Yeni Sabah”ın  məlumatına görə, hadisə rayonun Könüllü kəndində qeydə alınıb.

Belə ki, təsərrüfat işləri ilə məşğul olan üç nəfər daşıdıqları nərdivanın ərazidən keçən yüksək gərginlikli xəttə toxunması nəticəsində cərəyan vurmasından ölüb. Marqarita pizza

Hadisə zamanı dünyasını dəyişən Əkbər Bağırov və İsmət Məmmədov Şəmkir, Adil Böyükkişiyev isə Ağstafa rayon sakinidirlər.

“İstixanaya nərdivanı sürüyə-sürüyə gətiriblər. Yuxarıdan da böyük gərginlikli xətt keçirdi. Ehtiyatsızlıqdan əllərindəki nərdivan cərəyana dəyib”, - İsmət Məmmədovun qardaşı deyib.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı Baku TV-nin videomaterialında:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!