Üç güləşçimiz dünya çempionatının finalına çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Üç güləşçimiz dünya çempionatının finalına çıxdı

İdman

16 Avqust 2021 20:24 1365


Bu gün Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı start götürüb.

Azərbaycan Güləş Federasiyasından Yenisabah.az-a verilən məlumata görə, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.

Nurəddin Novruzov startda İtaliya idmançısı üzərində inamlı qələbə qazanıb. Monqolustan güləşçisini də vaxtından əvvəl məyus edən həmyerlimiz adını yarımfinala yazdırıb. Finalın bir addımlığında yerli pəhləvana məğlub olan Novruzov ümidini bürünc medala bağlayıb. Marqarita pizza

Zirəddin Bayramov ilk görüşdə tacikistanlı güləşçini üstələyib. Bayramov gürcü rəqibiylə qarşılaşmada hesabda 2:5 geridə olsa da, inanılmaz əzmkarlıq göstərərək tam üstünlüklə qalib gəlib və yarımfinala yüksəlib. ABŞ təmsilçisinə də gücünü göstərən Zirəddin finala çıxıb.

Cəbrayıl Hacıyev 1/8 finalda Bolqarıstandan olan rəqibinə tam üstünlüklə qalib gəlib. İsveç idmançısına da heç bir şans tanımayan Hacıyev yarımfinala adlayıb. Cəbrayıl finalın bir addımlığında Rusiya güləşçisini də məğlub edib.

Əşrəf Aşırov dünya çempionatına Latviya təmsilçisi üzərində inamlı qələbəylə start verib. Monqolustan güləşçisi də eyni aqibətlə üzləşib. Qırğızıstan idmançısından da güclü olan Aşırov yarımfinala vəsiqə qazanıb. Əşrəf Qazaxıstandan olan rəqibinə də heç bir şans tanımayaraq adını finala yazdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!