Üç gün əvvəl Kür çayında batan yeniyetmənin meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Üç gün əvvəl Kür çayında batan yeniyetmənin meyiti tapıldı

Hadisə

11 İyul 2021 17:31 848


İyulun 8-də Kür çayının Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində batan 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, H.Fəttahovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!