“12 maydan etibarən ali təhsilin bakalavr səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) ərizə qəbulu başlayıb və bu iyunun 5-dək davam edəcək. Subbakalavrların isə ərizə qəbulu iyunun 1-dən başlayacaq. 3 gün ərində 28 min 285 abituriyent elektron ərizəsini təsdiq edib”.
Yenisabah.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Ekspert bildirib ki, onlardan 25 min 301 abituriyent I-IV ixtisas qrupu üzrə, 16 min 700 nəfər V ixtisas qrupu üzrə, 16 min 729 isə orta ixtisas təhsili pilləsinə qəbul olmaq üçün elektron ərizəsində seçim edib: “Ən çox abituriyent-10 min 829 nəfər hələki I ixtisas qrupu üzrə ərizə təqdim edib. Ən az-1 876 nəfər isə IV ixtisas qrupu üzrə ərizə təqdim edib. I-IV ixtisas qrupdan olan abituriyentlərdən 2 751 nəfər rus bölməsi üzrə elektron ərizə təqdim edib. V qrup rus bölməsi üzrə isə 1 388 abituriyent elektron ərizəsini təsdiq edib”.
Telegram kanalımız