Üç min avtomobillə dolu gəmi yanğından sonra Sakit okeanda batdı

saytların hazırlanması

Evə çatdırılma

Üç min avtomobillə dolu gəmi yanğından sonra Sakit okeanda batdı

Dünya

24 İyun 2025 21:59 533


Ayın əvvəlində yanğın nəticəsində zədələnən və Sakit okeanda tərk edilən "Morning Midas" yük gəmisi batıb.

Oxu.Az-ın "Bloomberg"ə istinadla xəbərinə görə, bu barədə gəminin kapitanı məlumat verib.

Gəminin göyərtəsində 3 000-dən çox avtomobil olub, onlardan təxminən 800-ü elektromobil idi. Dördpendirli pizza

Xatırladaq ki, iyunun 5-də Sakit okeanın mərkəzi hissəsində göyərtəsinə 3000-dən çox avtomobil yüklənmiş gəmidə yanğın olub. Bundan sonra "Morning Midas" Sakit okeanın ortasında ekipaj tərəfindən tərk edilib. Yanğının səbəb olduğu zədələr, əlverişsiz hava şəraiti və sonradan göyərtəyə suyun dolması nəticəsində gəminin vəziyyəti daha da pisləşib və nəqliyyat vasitələri ilə birlikdə tamamilə batıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!