Üç müntəzəm avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyən edildi

saytların hazırlanması

Evə çatdırılma

Üç müntəzəm avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyən edildi

Sosial

12 Fevral 2025 18:13 185


Bakı-Şəki, Gəncə-Lənkəran və Gəncə-Mingəçevir şəhərlərarası avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyən edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, “Bakı-Şəki” marşrutu üzrə hüquqi şəxs “Xan Sarayı” MMC, “Gəncə-Lənkəran” marşrutu üzrə hüquqi şəxs “Min.Avtotrans” MMC və “Gəncə-Mingəçevir” marşrutu üzrə hüquqi şəxs “Gəncə-ekspress” ASC komissiya üzvləri tərəfindən qalib elan olunublar. Dördpendirli pizza

Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!