Üç ölkə birgə bəyannamə imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Üç ölkə birgə bəyannamə imzaladı

Dünya

23 Dekabr 2020 09:47 895


Mərakeş, ABŞ və İsrail rəsmiləri Rabatda birgə bəyannamə imzalayıblar.

Yenisabah.az xəbər verir ki, sənədi Mərakeşin Baş naziri Saad əd-Din əl-Osmani, ABŞ Prezidentinin baş məsləhətçisi və kürəkəni Cared Kuşner və İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben-Şabbat imzalayıblar.

Mərasim Mərakeş Kralı VI Məhəmmədin iştirakı ilə keçirilib. pizza hut

Sənəddə qeyd olunur ki, “ABŞ Mərakeşin Qərbi Sahara ərazisi üzərindəki suverenliyini tanıyır və Mərakeşin bu bölgəyə muxtariyyət verilməsi ilə bağlı Qərbi Saharadakı mübahisənin ədalətli və davamlı həlli üçün yeganə əsas kimi təklif etdiyi etibarlı və real təklifi dəstəklədiyini təsdiqləyir”.

“Bu hədəfə doğru inkişafı asanlaşdırmaq üçün ABŞ Mərakeşlə birlikdə, Qərbi Sahara da daxil olmaqla, bölgədə iqtisadi və sosial inkişafı sürətləndirəcək, bölgənin iqtisadi və ticarət imkanlarını inkişaf etdirmək üçün Qərbi Sahara ərazisində - Dahlada konsulluq açacaq”, - deyə birgə bəyannamədə qeyd olunub. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!